![[b]Ərini öldürən qadın son sözündə ağladı…[/b]](https://lent.az/storage/news/2019/may/03/big/bdebdcc36a34650d8e831095a1cee9eb.jpg)
[b]Ərini öldürən qadın son sözündə ağladı…[/b]
Ərini öldürməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vüsalə Mirzəyevanın 12 il 6 ay müddətinə azadlıqdna məhrum edilməsini tələb edib.
Təqsirləndirilən qadın son söz deyərək əməlindən peşman olduğunu deyib. Göz yaşlarını saxlaya bilməyən qadın son sözünün davam etdirə bilməyib.
Hakimlər kollegiyasının hökmünə əsasən Vüsalə Mirzəyeva 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M.Osmanov hadisə yerində ölüb.
Oxşar yazılar

FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
21 avqust 2025 , 12:06
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi
21 avqust 2025 , 10:35Şəmkirdə zəhərlənənlərin sayı 24 nəfərə çatdı - YENİLƏNİB
21 avqust 2025 , 10:31
“Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı
21 avqust 2025 , 10:29
Azərbaycanda 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı
21 avqust 2025 , 09:38