Hərbçi sevgilisini öldürdü, sonra özünü zəhərlədi - <span style="color:red;">YENİLƏNİB
08 aprel 2014 13:46 (UTC +04:00)

Hərbçi sevgilisini öldürdü, sonra özünü zəhərlədi - YENİLƏNİB

Rəşad Məmmədov hadisəni törədəndən sonra zəhərli maye içib


 

Ötən gün Daşkəsən qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxsin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.

 

Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumat verilib.

 

Polisdən hərbi qulluqçu Rəşad Məmmədovun 25 yaşı olduğu da bildirilib.

 

 

*****

 

12:55

 

Azərbaycanda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və ona bıçaqla xəsarət yetirib.

 

T. Babayeva hadisə yerində ölüb.

 

R. Məmmədov könüllü olaraq Nizami (Gəncə) Rayon Polis İdarəsinə gələrək təslim olub.

 

Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R. Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5089

Oxşar yazılar