Ər 27 yaşlı həyat yoldaşını ölümdən qurtardı – TƏFƏRRÜAT
15 may 2013 11:13 (UTC +04:00)

Ər 27 yaşlı həyat yoldaşını ölümdən qurtardı – TƏFƏRRÜAT

Mayın 14-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində gənc qadın intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsi Südçülük savxozu nömrəsiz evdə yaşayan 1986-cı il təvəllüdlü Aydan Nəsibova yaşadığı mənzildə özünü asıb. Hadisədən bir neçə dəqiqə sonra qadının həyat yoldaşı onu asılı vəziyyətdə hərəkətsiz halda görüb. O, ipi kəsib və həyat yoldaşını maşına qoyaraq 3 saylı şəhər xəstəxanasına gətirib. Burada məlum olub ki, 3 uşaq anası olan qadın ağır xəsarətlər alıb. Onun ağ ciyəri və tənəffüs sistemi boğulma nəticəsində ciddi zədələnib.

 

A.Nəsibova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

 

3 uşaq anasını intihara sövq edən səbəblər hələlik məlum deyil. Araşdırmalar aparılır.

# 2753
avatar

Nizam Rza

Oxşar yazılar