Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmədə baxılacaq
13 noyabr 2013 11:29 (UTC +04:00)

Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmədə baxılacaq

Ali Məhkəmənin növbəti plenum iclasının vaxtı müəyyənləşib.


 

Ali Məhkəmədən APA-ya verilən məlumata görə, iclas noyabrın 15-nə təyin edilib. İclasda cinayət və mülki işlərə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı zamanı baş verən cinayət işləri üzrə məhkəmə təcrübəsi məsələlərinə baxılacaq.

 

İclasda sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara baxılacağı gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar