Elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunur
28 oktyabr 2019 18:05 (UTC +04:00)

Elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunur

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunacaq.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.
 
Qeyd edək ki, 2019-cu il avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar