
Dünən qəzada ölən 21 yaşlı gənc tələbə imiş
Dünən Şəmkir rayonunda baş verən ağır yol qəzasında ölənlərdən biri tələbə olub.
Lent.az-ın məlumatına görə, ölən şəxs Şəmkir rayonu Çaparlı kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Kazım Vəfadar oğlunun Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi “ ixtisası üzrə IV kurs tələbəsi olub.
Qeyd edək ki, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Allah rəhmət etsin!
Oxşar yazılar

Göygöldə iki maşın toqquşdu: xəsarət alanlar var
9 iyun 2025 , 02:05Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
9 iyun 2025 , 01:24
Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB
8 iyun 2025 , 22:35
İtkin düşən kişinin meyiti kanaldan tapıldı-VİDEO
8 iyun 2025 , 17:46
Ağstafada bir ailənin faciəsi -Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...
8 iyun 2025 , 17:21
Qaxda zəncirvarı qəza - Xəsarət alanlar var-YENİLƏNİB
8 iyun 2025 , 16:03
Qurban kəsərkən infarkt keçirən polis zabiti öldü
8 iyun 2025 , 15:37