Dövlət başçısı İlham Əliyev Portuqaliya prezidentini təbrik edib
08 iyun 2013 16:12 (UTC +04:00)

Dövlət başçısı İlham Əliyev Portuqaliya prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibəti ilə bu ölkənin prezidenti Anibal Kavaku Silvanı təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək xalqların rifahına xidmət edəcəyinə inandığını bildirib.

# 511
avatar

Oxşar yazılar