Daxili İşlər Nazirliyi Tovuz rayonunda mina partlaması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də Tovuz rayonu Qaralar kəndinin ərazisində kənd sakini Hidayət Müseyibov mal-qara otararkən minalanmış sahəyə düşüb. Partlayış baş verib və ayaq nahiyəsindən xəsarət almış H.Müseyibov xəstəxanaya yerləşdirilib.