
DİN-dən açıqlama: “Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb”
"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".
Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:
“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb.
Oxşar yazılar

Şəkidə yol qəzası baş verdi, ölən var
17 avqust 2025 , 08:03
DSX Aparatının inzibati binasında yanğın baş verdi
17 avqust 2025 , 05:51
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34