Dəmir yol xətti ərazisində yanğın
22 iyun 2013 10:32 (UTC +04:00)

Dəmir yol xətti ərazisində yanğın

Binəqədidə dəmir yol xətti ərazisində vətəndaşa məxsus,  ümumi sahəsi 30 kv.m olan 2 otaqlı ev tamamilə  yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı  ev sahibinin bacısı əl-üz nahiyəsindən yüngül yanıq xəsarətləri alıb və  təcili yardım tərəfindən ona ilkin tibbi yardım göstərilib. Dəmir yol xəttində təmirə dayanmış 9 ədəd 60 tonluq neft məhsulları daşıyan boş çənlər yanğından mühafizə olunub. Yanğını saat 03:29-da yanğınsöndürənlər söndürüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar