Daha bir qəza: iki nəfər yaralanıb,sürücü qaçıb - YENİLƏNİB
27 may 2014 09:44 (UTC +04:00)

Daha bir qəza: iki nəfər yaralanıb,sürücü qaçıb - YENİLƏNİB

0
Nəsimi rayonunda içkili sürücü qəza törədib.

 

APA-nın məlumatına görə, qəza zamanı “Mercedes” və “Saipa” markalı avtomobillər toqquşub.

 

Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verən qəzada “Mercedes”in sürücüsü və onun xanım sərnişini xəsarət alıblar. Hadisə yerinə yol polisinin gəldiyini görən “Mercedes”in sürücüsü qaçıb.

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qaçan sürücü və sərnişinin axtarışa başlayıb.

 

Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 955

Oxşar yazılar