Daha bir ağır qəza: 21 yaşlı oğlan öldü
22 sentyabr 2014 09:42 (UTC +04:00)

Daha bir ağır qəza: 21 yaşlı oğlan öldü

0

Sabirabad rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Qaratəpə kəndi ərazisində yol nəqliyyat hadisəsini baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, "Qazel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşmuş və minik avtomobilinin sürücüsü 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 23:55-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1394

Oxşar yazılar