Dağlıq Qarabağda erməni podpolkovnik öldü
26 may 2014 19:05 (UTC +04:00)

Dağlıq Qarabağda erməni podpolkovnik öldü

0

Mayın 25-də Dağlıq Qarabağ münaqişəsi zonasında Dağlıq Qarabağdakı separatçı rejimin “ordu”sunun podpolkovniki ölüb.


 

APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, separatçıların “Müdafiə Nazirliyi” təmas xəttinin cənub istiqamətində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində podpolkovnik Qarik Balayanın həlak olduğu haqda xəbər yayıb.   

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi atəşkəsi pozmur: “Atəşkəs rejimi hər dəfə düşmən tərəfindən pozulur və onlara cavab atəşi açılır. Deyilən fakta bizim aidiyyətimiz yoxdur. Bu, onların öz daxillərində olan problemlərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2015

Oxşar yazılar