Azərbaycanda çirkli su kanalında boğularaq ölən azyaşlının meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda Sumqayıt şəhərində çirkab su kanalında (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılovun batdığı bildirilib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.İsmayılovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar yazılar

Narkotiklərin tranziti ilə bağlı tutulan Rusiya vətəndaşlarının məhkəməsi başladı
1 iyul 2025 , 21:08
Şahin Şıxlinskı və oğlu saxlanıldı - VİDEO
1 iyul 2025 , 21:03
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45
Küçədə adam öldürən Elşən Nəbiyevə hökm oxundu
1 iyul 2025 , 18:39“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru barəsində həbs qərarı - YENİLƏNİB
1 iyul 2025 , 18:07