Çindəki təbii fəlakət 3 milyona yaxın insana ziyan vurub
22 iyun 2014 04:13 (UTC +04:00)

Çindəki təbii fəlakət 3 milyona yaxın insana ziyan vurub

Çinin şərqində, Xunan və Tszyansi əyalətlərində baş verən daşqınlar nəticəsində 2,8 milyondan çox insan zərər çəkib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, rəsmi “Sinxua” agentliyi bildirib ki, 7 nəfər ölüb, 789 min nəfər zərər çəkib, daha 123 min sakin isə yaşadığı yerdən köçürülüb.

 

Təbii fəlakət nəticəsində 63,1 hektar əkin sahəsi məhv olub. 4 minə yaxın ev dağılıb.  Ölkə iqtisadiyyatına 84,85 milyon dollar məbləğində ziyan dəyib.

 

Rəsmi məlumata əsasən, Xunan əyalətində təxminən  2,1 milyon zərər çəkib, 171 min sakini köçürülüb. 9,7 min ev dağılıb. 122,7 min hektar əkin sahəsi su altında qalıb. Əyalətə dəyən ziyanın həcmi 200 milyon dollardan çoxdur.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar