
Cibgirlər və narkotik əkənlər saxlanıldı
Astarada cibgirlik edən və narkotik tərkibli bitkilər əkib becərən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonu, Hamuşam kənd sakini Ş.Əşrəfov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılıb.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində şəhər sakini E.Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Çılpaq kişi küçədə yol polisi ilə şəkil çəkdirdi
9 iyun 2025 , 15:10
Şəmkirdə gənc oğlanı cərəyan vurub öldürdü
9 iyun 2025 , 14:45
3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
9 iyun 2025 , 13:17
Azərbaycanda 18 gündə eyni dönərxanada ikinci ZƏHƏRLƏNMƏ: indi də 17 nəfər - YENİLƏNİB
9 iyun 2025 , 12:36
İtini o qədər döydü ki, özü öldü
9 iyun 2025 , 10:25
Şagird İrandan gələn qarpızları oğurlayıb yoldan keçənlərə verdi - VİDEO
9 iyun 2025 , 09:44
Londondan Sinqapura uçan təyyarə Bakıda məcburi eniş etdi
9 iyun 2025 , 09:08