Cəlilabadda yol qəzası: 1 ölü, 4 yaralı
22 iyun 2013 12:23 (UTC +04:00)

Cəlilabadda yol qəzası: 1 ölü, 4 yaralı

Azərbaycanda baş verən yol qəzasında 15 yaşlı oğlan ölüb.


 

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası Ələt-Astara avtomobil yolunun 137-ci kilometrliyində Cəlilabad rayonu ərazisində qeydə alınıb.

 

Elçin Sübhan oğlu Cəfərovun idarə etdiyi 15-BX-053 dövlət nömrə nişanlı «VAZ 21011» markalı avtomobillə Eldar Nizami oğlu Kərimovun idarə etdiyi 44-BM-972 dövlət nömrə nişanlı «VAZ 21011»  markalı avtomobil toqquşub. Qəza nəticəsində N.Kərimovun idarə etdiyi avtomobildə olan sərnişin Cəlilabad rayon sakini 1998-ci il təvəllüdlü Ümid Babək oğlu Həsənov hadisə yerində vəfat edib.

 

Qəza nəticəsində ilkin ehtimala görə 4 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar