Cəlilabad sakini su bəndində boğuldu
09 iyul 2013 13:01 (UTC +04:00)

Cəlilabad sakini su bəndində boğuldu

Bu gün 1982-ci il təvəllüdlü Miryasər Miryavər oğlu Nuriyev Cəlilabad rayonunun Fərzili kəndi ərazisindəki su bəndinə düşüb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar.

 

Miryasər Nuriyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:08-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar