Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan vətəndaşının Azərbaycan ərazisində saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, hazırda qurum öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.
Qeyd edək ki, martın 7-də Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb.