BQXK nümayəndələri erməni əsir Akop İnciqulyanla görüşüblər
26 noyabr 2013 17:07 (UTC +04:00)

BQXK nümayəndələri erməni əsir Akop İnciqulyanla görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsirlə görüşüb.


 

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

 

Onun sözlərinə görə, başçəkmə dünən baş tutub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

 

Qeyd edək ki, bu il avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar