Bolqarıstanda “Qara Dəniz Rotasiya Qüvvələri-2013” təlimləri keçiriləcək
09 iyul 2013 10:42 (UTC +04:00)

Bolqarıstanda “Qara Dəniz Rotasiya Qüvvələri-2013” təlimləri keçiriləcək

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən keçiriləcək təlimdə Azərbaycan Silahlı Qüvvələri 200 nəfərlik heyətlə iştirak edəcək

 

Bolqarıstanda “Qara Dəniz Rotasiya Qüvvələri-2013” taktiki təlimləri keçiriləcək.


 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən, səhra şəraitində keçiriləcək taktiki təlimlər iyulun 15-də başlayacaq, avqustun 8-dək davam edəcək. Təlimlər Bolqarıstanın Novo Selo bölgəsində olacaq.

 

APA-nın Müdafiə Nazirliyindən əldə etdiyi eksklüziv məlumata görə, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar