Qax rayonunda avtomobil kanalizasiya quyusuna düşüb. Lent.az-ın məlumatına görə, Mahir Bayramova məxsus “Toyota Land Cruiser” markalı avtomobil qapaığı olmayan kanalizasiya quyusuna düşüb və aşıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü olan Mahir Bayramov Qaxbaş kənində yerləşən “Payız 74” marketinin sahibidir.
Hadisəni avtomobilin kamerası lentə alıb. Həmin videonu təqdim edirik.