Bakıda yol qəzası: avtomobil qadını vurub öldürdü
11 noyabr 2013 10:35 (UTC +04:00)

Bakıda yol qəzası: avtomobil qadını vurub öldürdü

Noyabrın 10-da Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent. az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Sabunçu dairəsinin yaxınlığında naməlum avtomobil orta yaşlı qadını vurub. Qadın hadisə yerindəcə keçinib. Hadisəni törədən avtomobil isə ərazidən uzaqlaşıb. Sabunçu rayon Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, avtomobilin vurub öldürdüyü qadın 1960-cı il təvəllüdlü Quliyeva Nadejda Məmməd qızı olub. Onu vuran avtomobil və nömrəsi də müəyyən edilib. Hazırda avtomobilin və sürücüsünün yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209

Oxşar yazılar