Bakıda qapının kilidi sındı, uşaqlar çıxılmaz vəziyyətdə qaldı
22 iyun 2014 11:03 (UTC +04:00)

Bakıda qapının kilidi sındı, uşaqlar çıxılmaz vəziyyətdə qaldı

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumta görə, “112” qaynar telefon xəttinə Nizami rayonunda 1 nəfər, o cümlədən 2 nəfər azyaşlının giriş qapısının kilidinin sınması səbəbindən mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olub və giriş qapısını açıblar.

 

Əməliyyat saat 15:03-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar