Bakıda qadın faciəvi şəkildə öldü
17 may 2013 10:08 (UTC +04:00)

Bakıda qadın faciəvi şəkildə öldü

 

 

Mayın 16-da saat 21:30 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ramiz Quliyev küçəsi 2 ünvanının qarşısında 1974-cü il təvəllüdlü Pərviz Mehbullayev idarə etdiyi “Toyota Prado” markalı avtomobillə orta yaşlı qadını vurub. Nəticədə piyada – 40-45 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

 

Faktla əlaqədar araşdırmalar aparılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar