Mayın 20-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 16 radələrində Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsində 65 yaşlı Abdulla Feyzullayev Kürdəmir rayon sakini Pünhan Məmmədov idarə etdiyi "KamAZ" markalı yük maşınının altında qalıb. P.Məmmədov yüklə dolu maşını arxaya doğru hərəkət etdirərkən 65 yaşlı kişi ehtiyatsızlıqdan təkərin altında qalıb. A.Feyzullayev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır.