Bakıda faciə: Ata öz oğlunu vurdu
08 iyul 2013 14:45 (UTC +04:00)

Bakıda faciə: Ata öz oğlunu vurdu

Maşını arxaya verdi, oğlunu vurdu

 

 

İyulun 7-də saat 23.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Elnur Həsənov “Hyundai Santa Fe” markalı avtomaşını arxaya verərkən oğlu, azyaşlı  Mübarizi vurub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Elnur Həsənov Mübarizi xəstəxanaya apararkən Maştağa-Zabrat şosesində avtomaşınını qarşıda gedən Bakı şəhər sakini Vidadi Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına çırpıb.

 

Nəticədə Vidadi Qasımovun xəsarət almış sərnişinləri, anası Xədicəyə, arvadı Səadətə və Sevda Bayramovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Mübariz isə ölüb. 


Sabunçu Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4396
avatar

Oxşar yazılar