Azərbaycanda elektrik enerjisi yenidən kəsildi - <span style="color:red;">SƏBƏB BİLİNDİ  - <span style="color:red;">YENİLƏNİB
03 iyul 2018 19:17 (UTC +04:00)

Azərbaycanda elektrik enerjisi yenidən kəsildi - SƏBƏB BİLİNDİ - YENİLƏNİB

 

Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

 

"APA-Economics"in məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb. 

 

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər. 

 

***

 

saat 19:08

 

Məlumata görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.
 
Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
 

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

Azərbaycanın enerji təchizatında yenidən problem yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar