Bakıda döyüş sürsatı tapılıb
14 avqust 2014 10:04 (UTC +04:00)

Bakıda döyüş sürsatı tapılıb

Bakının Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-nin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi götürülərək ərazidən uzaqlaşdırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və digər şübhəli əşya aşkar etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar