Bakıda dəhşətli olay: “BMW X5” insanların üstünə düşdü
15 may 2013 10:40 (UTC +04:00)

Bakıda dəhşətli olay: “BMW X5” insanların üstünə düşdü

Mayın 14-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində faciəvi hadisə baş verib. Lent.az-ın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, rayon ərazisində yerləşən “İnter service” avtomobil təmiri mərkəzində kranla qaldırılmış “BMW X5” markalı avtomobil yerə düşüb. Texniki ehtiyatsızlıq nəticəsində kranın trosu qəfil açılıb, yüksəkliyə qaldırılmış avtomobil yerə çırpılıb. Bu zaman avtomobilin alt tərəfində dayanmış və nasaz yerin təmiri ilə məşğul olan iki nəfər onun altında qalıb. Zərbənin gücündən və avtomobilin ağırlığından hər iki şəxs elə hadisə yerindəcə keçinib. Hadisə yerində insanı sarsıdan vəziyyət yaranıb. Xeyli insan çətinliklə avtomobili ölən şəxslərin üstündən götürə bilib.

 

Nərimanov rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində 2 deyil, 1 nəfər ölüb. Ölən şəxs isə maşını təmirə gətirən  Şahmurov Süleyman Şahmur oğlu olub. 45 yaşlı S.Şahmurov qardaşına məxsus “BMW X5”-i təmirə gətiribmiş.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

# 7334
avatar

Nizam Rza

Oxşar yazılar