Bakıda daha bir fəhlə faciəli şəkildə öldü
13 yanvar 2014 17:03 (UTC +04:00)

Bakıda daha bir fəhlə faciəli şəkildə öldü

0

Bakıda daha bir faciəli hadisə baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun F. Yusifov küçəsi-40 ünvanında yerləşən tikilməkdə olan hündür mərtəbəli binada qeydə alınıb. Orada fəhlə işləyən, 47 yaşlı Etibar Hüseynov binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, analoji hadisə dünən Bakının Lökbatan qəsəbəsində də baş verib. Yeni inşa olunan 9 mərtəbəli binanın damından, orada fəhlə işləyən Şəki şəhər sakini İlham Qəhrəmanov yıxılaraq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1249

Oxşar yazılar