Bakıda bir nəfəri ilan sancdı
09 iyul 2013 11:24 (UTC +04:00)

Bakıda bir nəfəri ilan sancdı

“Son sutka ərzində Bakıda 1 ilan sancması qeydə alınıb”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, bu hadisə Bayıl ərazisində qeydə alınıb: “İlanın sancdığı qadın xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta ağırdır”.

 

Baş həkimin müavini onu da vurğulayıb ki, paytaxt ərazisində 2 kişini də həşərat sancıb: ”Həmin şəxslərdən də yalnız bir nəfəri xəstəxanaya yerləşdirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar