Bakıda bədbəxt hadisə: Gürcüstan vətəndaşı yıxılıb öldü
11 noyabr 2013 14:42 (UTC +04:00)

Bakıda bədbəxt hadisə: Gürcüstan vətəndaşı yıxılıb öldü

Bakıda Gürcüstan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. Lent. az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 1-də Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində Gürcüstan vətəndaşı Araz Əmirov yeni tikilən evinin damından yıxılıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Əmirov noyabrın 10-da orada ölüb.

 

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar