Bakıda aptekdən 134 min manat oğurlanıb
24 fevral 2014 10:52 (UTC +04:00)

Bakıda aptekdən 134 min manat oğurlanıb

0

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən aptekdən 134 min manat oğurlanıb. Lent.az-ın məlumatına görə, 1973-cü il təvəllüdlü Həsənov Elşən Məhərrəm oğlu şikayət ərizəsi yazaraq polisə bildirib ki, İstiqlaliyyət küçəsində yerləşən və ona məxsus olan “Avropa” aptekindən külli miqdarda pul oğurlanıb. E.Həsənov ərizəsində onu da qeyd edib ki, pulu aptekin işçiləri 2013-cü ildən bu günədək olan müddətdə hissə-hissə götürüblər.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1958

Oxşar yazılar