Bakıda 4 maşın toqquşub: xəsarət alan var - YENİLƏNİB
27 may 2014 09:45 (UTC +04:00)

Bakıda 4 maşın toqquşub: xəsarət alan var - YENİLƏNİB

0
Nəsimi rayonunda 4 maşının toqquşması ilə nəticələnən qəza baş verib.

 

APA-nn məlumatına görə, qəza A.Puşkin və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

 

İşıqforun qırmızı işığında hərəkətini davam etdirən "Ford"markalı idman maşını "Hyundai" ilə toqquşub. Zərbənin gücündən "Ford"  bir neçə dəfə dövrə vuraraq, yaxınlıqda hərəkətsiz halda dayanan "Renault" və "Mercedes"ə çırpılıb.

 

Nəticədə "Ford"un sürücüsü baş nahiyəsindən xəsarət alıb. Avtomobillərə isə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gedib.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki,  qəzaya "Ford"un sürücüsünün sürət həddini aşması və  işıqforun qırmızı işığında keçməsi səbəb olub. O, hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1029

Oxşar yazılar