Bakıda 2 uşaq atasının dəhşətli intiharı
11 may 2013 10:41 (UTC +04:00)

Bakıda 2 uşaq atasının dəhşətli intiharı

Mayın 7-də Bakıda özünü yandıraraq intihara cəhd etmiş şəxs xəstəxanada ölüb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesi, döngə 2 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Əliyev Sərvər Ələmdar oğlu həmin gün ağır dərəcəli yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 42 yaşlı kişi mayın 11-nə keçən gecə ölüb.

 

S.Əliyevin 2 uşağı qalıb. Onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3556

Oxşar yazılar