Bakıda 29 yaşlı qız yol qəzasının qurbanı oldu
14 may 2013 11:02 (UTC +04:00)

Bakıda 29 yaşlı qız yol qəzasının qurbanı oldu

Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ şosesində Bəhruz Hacıyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 1984-cü il təvəllüdlü Vüsalə Bağırovanı vurub. Ağır bədən xəsarətləri almış gənc qız Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Bağırovanın həyatını xilas etmək mümkün olmayıb.

 

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

# 1881
avatar

Nizam Rza

Oxşar yazılar