Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İ.Məmmədov küçəsi ev 7-də 1984-cü il təvəllüdlü Ağayev Vüqar Əkbər oğlu özünü asıb. 29 yaşlı oğlanın meyiti yaxınları tərəfindən evin həyətindəki istirahət yerindən tapılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.