Bakıda 25 yaşlı oğlan 42 yaşlı qadını öldürüb basdırdı – TƏFƏRRÜAT
15 may 2013 09:46 (UTC +04:00)

Bakıda 25 yaşlı oğlan 42 yaşlı qadını öldürüb basdırdı – TƏFƏRRÜAT

Bakı şəhərinin Xətai rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də Yasamal rayonunun Qədirli küçəsi 126 ünvanından itkin düşmüş 1972-ci il təvəllüdlü Mirzəyeva Bəsti Paşa qızının əslində öldürüldüyü məlum olub.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bir müddət əvvəl 1972-ci ildə Abşeron rayonunun Altıağac kəndində anadan olmuş B.Mirzəyeva itkin düşüb. Onun meyiti tanışı, Göyçay rayonunun Çaxırlı kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Sübhan Mübariz oğlunun Əhmədli kəndində kirayə yaşadığı evin həyətindən tapılıb.  S.Məmmədov mayın əvvəlində  qadını boğaraq öldürüb.

 

Hüquq-mühafizə orqanları hadisədən mayın 12-də xəbər tutub. S.Məmmədov polisə bildirib ki, evə gələrkən 41 yaşlı qadını evdə asılı vəziyyətdə tapıb və qorxub. O, qadını elə həyətdəcə basdırıb.

 

 

Təyin edilmiş ekspertizalar isə gənc oğlanın yalan ifadə verməsini sübut edib. Məlum olub ki, qadın boğularaq öldürülüb. S.Məmmədov daha sonra onu mələfə ilə boğduğunu etiraf edib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. S.Məmmədov saxlanılıb. 

# 6365
avatar

Nizam Rza

Oxşar yazılar