Bakıda 16 yaşlı qız evdən yenə qaçdı - TƏFƏRRÜAT
14 may 2013 11:37 (UTC +04:00)

Bakıda 16 yaşlı qız evdən yenə qaçdı - TƏFƏRRÜAT

Bakı şəhərinin Yasamal rayonu ərazisində 16 yaşlı qız itkin düşüb. Yasamal RPİ, 27-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü H.F mayın 11-də Muxtarov küçəsi 94 ünvanından, babasının evindən çıxıb və bir daha geri qayıtmayıb. Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan 16 yaşlı qız valideynləri tərəfindən bir müddət imiş ki babasnın yanına göndərilibmiş. Səbəb isə yeniyetmə qızın tez-tez evdən qaçması olub. Müxtəlif sahələrdə işləyən valideynlər qızı babasının nəzarətinə veriblər. Lakin H.F bu dəfə də evdən qaçıb.

 

Qeyd edək ki, bu il ərzində 16 yaşlı qız dəfələrlə evdən qaçıb və hər dəfə polis tərəfindən şəhərin müxtəlif yerlərindən tapılaraq ailəsinə təhvil verilib.

 

Hazırda evdən qaçmış yeniyetmə qızın axtarışları davam etdirilir.

# 2991
avatar

Nizam Rza

Oxşar yazılar