Bakıda 16 yaşlı qız çətin vəziyyətə düşdü
21 iyun 2013 20:03 (UTC +04:00)

Bakıda 16 yaşlı qız çətin vəziyyətə düşdü

Bakıda 16 yaşlı yeniyetmə qız çətin vəziyyətə düşüb. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən fərdi evlərin birində baş verib. 1997-ci il təvəllüdlü Bağırova Türkan Vaqif qızı birmərtəbəli fərdi yaşayış evinin mətbəxinin pəncərəsindən 3 metr aşağıya düşüb və arasındakı məsafə təxminən 20 santimetr olan iki fərdi  yaşayış  evinin  divarları  arasında sıxılmış vəziyyətdə  qalıb.

 

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri perforatordan istifadə

etməklə iki fərdi  yaşayış  evinin  divarları  arasındakı məsafəni artırıb zərərçəkmiş

T.Bağırovanı çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının

əməkdaşlarına təhvil verərək xilas olunmasını  təmin ediblər.

 

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, zərərçəkən ruhi xəstə olub. Hadisə baş verən zaman o, evdə tək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6353
avatar

Nizam Rza

Oxşar yazılar