Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb
28 sentyabr 2013 18:13 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb

Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

 

BŞBPİ-dən Lent.az-a daxil olan məlumatda bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

# 888
avatar

Oxşar yazılar