Bakı-Qazax yolunda qəza:3 nəfər yaralanıb
17 oktyabr 2013 22:04 (UTC +04:00)

Bakı-Qazax yolunda qəza:3 nəfər yaralanıb

Bakı-Qazax magistral avtomobil yolunun 85-ci kilometrliyində, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat  qəzası baş verib.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə  yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu Qobustan postu  üzrə  xilasedicilər  cəlb olunub.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü  Əmirov Əliyar Lətif oğlunun idarə etdiyi "Ford markalı" 90-DL-560 dövlət nömrə nişanlı  yük avtomobili ilə 1971-ci il təvəllüdlü Əsgərov Namiq Əhmədağa oğlunun idarə etdiyi "Honda" markalı 50-BU-678 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Avtomobillərin  ağır  deformasiyaya  uğraması nəticəsində, "Honda" markalı minik  avtomobilinin sərnişini 1969-cu il təvəllüdlü Mehriban Əzimovanın ayaqları sıxılmış vəziyyətdə qalıb. 

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım  Stansiyasının  əməkdaşlarına  təhvil  verərək  xilas  olunmasını  təmin  ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1753

Oxşar yazılar