Bakı-Qazax magistral yolunda ağır qəza
02 aprel 2016 10:42 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda ağır qəza

 

 

Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı yük avtomobili ilə "Nissan" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar