Azərbaycanın Türkiyədəki səfirliyindən Niğdedə posta basqınla bağlı açıqlama
31 mart 2014 13:57 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki səfirliyindən Niğdedə posta basqınla bağlı açıqlama

“Martın 20-də Türkiyənin Niğde vilayətində hərbi posta silahlı hücum etmiş şəxslərlə əlaqəli olduğu ehtimal olunan 3 şəxs arasında Azərbaycan vətəndaşı yoxdur”.


 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya bildiriblər ki, bununla bağlı Türkiyənin rəsmi qurumlarından diplomatik missiyaya heç bir məlumat daxil olmayıb. Səfirlikdən qeyd ediblər ki, əgər Türkiyədə hər hansı xarici ölkənin vətəndaşı tutulursa, bu barədə məlumat bu ölkənin diplomatik nümayəndəliyinə daxil olur.

 

Qeyd edək ki, martın 20-də Niğde vilayətinin Ulukışla bələdiyyəsində yerləşən hərbi posta silahlı hücum edilib. Bununla əlaqədar bir neçə nəfər saxlanılıb. Bir neçə gündən sonra onlarla əlaqədə şübhəli bilinən daha 3 nəfər tutulub. Türkiyə mətbuatı bu üç şəxsdən ikisinin Azərbaycan, birinin Türkiyə vətəndaşı olduğunu yazıb. Həmin şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir. Onlar barələrində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar. Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst buraxıb. Onların adları Q.İ. və M.A. kimi göstərilib. Şübhəli bilinən Azərbaycan vətəndaşı F.M. barəsində isə həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29