Azərbaycanın rayonlarında yanğınlar olub
02 dekabr 2013 10:33 (UTC +04:00)

Azərbaycanın rayonlarında yanğınlar olub

 

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət olan evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Cəlilabadda olub. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan (hər mərtəbəsi 108 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 108 kv.m sahədə yanıb və evə bitişik ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları (üst örtüyü şifer, atma taxtalardan ibarət) yüksək temperaturdan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki rayonu, Baş Zəyzid kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam ortüyünün yanar konstruksiyaları, damına yığılmış 3,5 ton ot bağlaması yanmış və 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlənin qalan hissəsi və 4 baş iri buynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29