Azərbaycanın bəzi rayonları işıqsız qalıb
15 may 2013 11:31 (UTC +04:00)

Azərbaycanın bəzi rayonları işıqsız qalıb

Mayın 24-də axşam saatlarından etibarən Azərbaycanın bəzi Mərkəzi Aran rayonlarına, Dağlıq Şirvan bölgəsinə və Şimal-Qərb zonasında güclü dolu və leysan düşüb. Lent.az-ın məlumatına görə, bəzi rayonlarda evlərə, iş yerlərinə, əkin sahələrinə, avtomobillərə ciddi ziyan dəyib. Bir sıra rayonlarda isə elektrik enerjisinin verilməsi dayandırılıb. Dünən axşam saatlarından etibarən Kürdəmir, İmişli, Zərdab, Ağcabədi rayonlarında elektrik enerjisinin verilişi demək olar ki, dayandırılıb.

 

Hazırda dəymiş ziyanın aradan qaldırılması, elektrik enerji verilişinin bərpası istiqamətində işlər aparılır.

# 720
avatar

Nizam Rza

Oxşar yazılar