Azərbaycanda yol polisinin qanını tökdülər - <span style="color:red;">YENİLƏNİB
14 aprel 2014 12:28 (UTC +04:00)

Azərbaycanda yol polisinin qanını tökdülər - YENİLƏNİB

Tərtər  Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin zabiti bıçaqlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, dünən gecə saatlarında bir minik avtomobili sürücüsünün Tərtər şəhərində avtoxuliqanlıq etdiyi haqda şöbəyə məlumat daxil olub. Sözügedən nəqliyyat vasitəsinin dayandırılması üçün əraziyə çıxan DYP əməkdaşları sürücü Həsənov Rauf Eldəniz oğlunu saxlayıblar. Məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Polis əməkdaşları ilə sürücü və onun  qardaşları arasında mübahisə yaranıb. Nəticədə sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin  inspektoru, baş leytenant Qurban Allahverdiyevə bıçaqla zərbə vurub. Yaralı zabit qonşu Bərdə rayonunun Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Rauf Həsənov, onun qardaşları Mehman və Qabil RPŞ-nin əməkdaşları tərəfindən tutulublar.

 

Faktla bağlı Tərtər  Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9990

Oxşar yazılar