Azərbaycanda bəyin qardaşı toyu qana buladı - TƏFƏRRÜAT
13 iyun 2013 10:40 (UTC +04:00)

Azərbaycanda bəyin qardaşı toyu qana buladı - TƏFƏRRÜAT

Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın məlumatına görə, toyda qətl törətmiş 39 yaşlı Fuad Məmmədov toyu keçirilən şəxsin qardaşıdır. Bəyin qardaşı saat 00 radələrində rəqs etməyə və mahnı sifarişinə görə doğma əmisi oğlu ilə mübahisə edib və özündən 4 yaş kiçik olan qohumunun qolundan tutaraq mağardan kənara aparıb. Məlum hadisə də burada baş verib.

 

Hadisə vaxtı Fuad Məmmədov da ayaq nahiyəsindən xəsarət alıb.

 

*****

 

9:57

 

İyunun 13-nə keçən gecə saat 00:30 radələrində Cəlilabad rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Astanlı kəndində kənd sakini Faiq Məmmədovun toy məclisində 1974-cü il təvəllüdlü Məmmədov Fuad Yavər oğlu qohumu 1978-ci ildə anadan olmuş Məmmədov İlkin Şakir oğlunu bıçaqlayaraq öldürüb.

 

Məlumata görə, yaxın qohumlar arasında toy məclisindəki rəqs meydançasında hələlik bəlli olmayan səbəblərdən narazılıq yaranıb. F.Məmmədov 34 yaşlı İlkini kənara dəvət edib. O, yaxın qohumunu toyun keçirildiyi yerdən 50 metr kənara aparıb və burada bıçaqla ona zərbələr endirib. İ.Məmmədov xəstəxanaya aparılarkən keçinib.

 

Fakt bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

# 5285
avatar

Nizam Rza

Oxşar yazılar

Şəmkir sakini qohumunu  güllələdi   -YENİLƏNİB

Şəmkir sakini qohumunu güllələdi -YENİLƏNİB

22 may 2024 , 13:42
Sevgilisinə görə ambulansı   oğurladı

Sevgilisinə görə ambulansı oğurladı

22 may 2024 , 13:26
Bakıda və bölgələrdə itkin düşənlər  tapıldı

Bakıda və bölgələrdə itkin düşənlər tapıldı

22 may 2024 , 12:42
Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03