
Azərbaycanda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Ağdaş rayonu, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub.
AQTA-dan Lent.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib. Baxış zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Alkoqolsuz içkilər istehsalı müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.
Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu haqda heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Zaqatalada üç avtomobil toqquşdu, xəsarət alanlar var
23 aprel 2025 , 08:25
Goranboyda 5 yaşlı uşaq dərmandan zəhərləndi
23 aprel 2025 , 08:10
Goranboyda "Hyundai" iki heyvanı vurub öldürdü
22 aprel 2025 , 23:01
Dəhşət: Dörd yaşlı uşaq kanalda boğulub öldü
22 aprel 2025 , 22:16
Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37